“Rektor-çalışan qalmaqalı böyük partlayışa səbəb olacaq“

saytların hazırlanması

Evə çatdırılma

“Rektor-çalışan qalmaqalı böyük partlayışa səbəb olacaq“

Sosial

18 Fevral 2019 16:16 1896


Azərbaycan Dillər Universitetindəki (ADU) qalmaqal davam edir. Rektor-çalışan münasibətləri heç də ürəkaçan deyil.  Ötən gün universitetin işdən azad edilmiş müəlliməsi Pərvin Mürsəlova ölkə prezidenti İlham Əliyevə müraciət edib. O , müraciətində bildirib ki, Kamal Abdulla davamlı olaraq universitetdə “həyasız”, “atbalaxanım”, “keybalaxanım”, “qanmaz” “az” “ədə” və sair qeyri-etik ifadələr işlədir.

Bundan öncə isə, Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli vəzifəsindən çıxarılmışdı.

Təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a açıqlamasında deyib ki, ADU daxilindəki problem təhsilin də keyfiyyətinə təsir edəcək: Dominos pizza

“Təəssüf ki, bu gün  Azərbaycanda təhsili idarə edənlərlə  təhsil alanlar, vətəndaşlar arasında münasibət heç də xoş səviyyədə deyil. Biz bunu təkcə universitetlərdə deyil, məktəblərdə də müşahidə edirik. Xatırlayırsınızsa, aktyor Rza Rzayevlə məktəb direktoru arasında bu tipli problem baş vermişdi. Bu onu göstərir ki, təhsili idarə edənlər – xüsusilə də Təhsil Nazirliyinin yetişdirdiyi və idarəyə göndərdiyi kadrlar problemli situasiyadan çıxa bilmirlər. Əgər hər hansı şəxs müəssisənin rəhbər postuna yeni kadr kimi gedirsə, o artıq köhnə deyil, yeni qaydalarla idarə edəcək. Yenilər köhnə qaydada idarə etmirlər,  köhnələrsə yeni idarəetməni qəbul etmirlər. Bu zaman konflikt yaranır. Əslində şəxslər arasındakı münasibət yekun nəticədə təhsilin keyfiyyətinə təsir edir. ADU-da son günlər baş verən hadisələrdə hər kəsin haqlı tərəfləri var. Təbii ki, Kamal Abdulla ölkənin  tanınmış şəxslərindəndir, akademikdir. Amma  rektora birmənalı şəkildə haqq qazandırmamalıyıq. Bütün universitetlərdə nöqsanları olan müəllimlər, dekanlar  var. Lakin onlar heç də bu səviyyədə problem yaratmırlar. Deməli işdən çıxarılma üsulları, vasitələri düzgün deyil. Nöqsanları olan şəxs bunlar nəzərə çatdırılmaqla işdən çıxarılır. Amma maraqlıdır ki, bu hansı prosedur qaydaları gözlənilməklə həyata keçirilir?  Düşünmürəm ki, hansısa dekan, şəxsiyyətinə hörmət edən adam öz kariyerasını təhlükəyə atıb bu qədər açıq çağırışlar etsin. Hazırkı vəziyyət o deməkdir  ki, işdən çıxarılan dekan və ya müəllim başqa yerdə işləyə bilməz”.

K.Əsədov bildirib ki, universitet daxilində sağlam olmayan mühit insanları ordan uzaqlaşdıra bilər:

“Dillər Universitetində masaj sertifikatı ilə uzun müddət işləyən adam var idi. Dekandan əvvəl birinci problem ordan başlanmışdı. Tövsiyyə olunur ki, işə yeni başlayanda  bir ay yalnız bütün kadrlar araşdırılsın, problemi olanlar həll edilsin, işdən uzaqlaşdırılsın və.s.  Yoxsa  bir müddət işləyib sonradan problemləri demək, buna göz yummaq olmaz.  Universitet daxilində həll olunmalı münasibətlər ictimaiyyət müzakirəsinə çıxarılırsa, deməli nəsə düzgün deyil və orada idarəçilik doğru  qurulmayıb. Sizin birinci funksiyanız problemi daxildə həll etməkdir. Heydər Əliyev hakimiyyətə gələndə onun hakimiyyətini qəbul etməyən, ölkədə kifayət qədər  bölücü, dağıdıcı funksiyanı yerinə yetirən şəxslər var idi. Əliyev onlarla münasibəti necə tənzimlədi? Təəssüf ki, idarəçilik həyata keçirən insanlar bu nümunədən istifadə edə bilmirlər.  Amma bunlar nə edirlər? Universitetə gedən kimi qılınclarını götürürlər “Burda mənəm, Bağdadda kor xəlifə” deyib hamısını qırıb tökürlər. Yekunda tələbənin universitetə etimadı ölür.  ADU böyük tarixə, dəyərlərə malikdir. Bu tipli məsələlər düşünürəm ki, peşəkarlıqla daxildə həll edilməli idi. Tələbələr mitinq edir, müəllimlər etiraz edirsə, deməli ciddi problem var və bu, axırda böyük partlayışa gətirib çıxaracaq. Rektor kompramisə getməlidir və universitetin keyfiyyətinə bu amillərin təsir göstərməməsinə şərait yaratmalıdır”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!