Rəsmi açıqlama yayıldı: Cinayət işi açılıb

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi açıqlama yayıldı: Cinayət işi açılıb

Sosial

18 Mart 2025 12:02 1283


Respublika Endokrinoloji Mərkəzinin bir sıra vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş Prokurorluq və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib. pizza sifarişi

"Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda deyilir.

Bildirilib ki, toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Orkhan Sharif
    Bravo!
    1 year ago
  • RAHİM
    BƏS deyirlər CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR? BU QADINLAR DA ANADIRLAR AXI. ELƏ BİR MƏMUR ANA VARMI. Kİ RÜŞVƏT ALMASIN?
    1 year ago