Ronaldo: “Avro-2024-də oynayacağam”

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo: “Avro-2024-də oynayacağam”

İdman

14 Oktyabr 2023 13:20 454


Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının əsas mərhələsində də çıxış etmək istəyir. 

Yenisabah.az xəbər verir ki, o, bu barədə öz açıqlamasında bildirib. 38 yaşlı forvard deyib: 

“İnanıram ki, Avro-2024-də olacağam. Çünki hələ çox vaxt var. Ümid edirəm ki, heç bir problemim və ya zədəm yoxdur. Mən oynamaq istəyirəm.  Dominos pizza

Portuqaliyadan erkən ayrıldım, amma ora həmişə mənim evim olacaq. Portuqaliyalılar həmişə məni dəstəkləyirlər”. 

Xatırladaq ki, oktyabrın 13-də Portuqaliya yığması Avro-2024-ün seçmə mərhələsinin 7-ci turu matçında Slovakiya yığmasına 3:2 hesabı ilə qalib gələrək Avropa çempionatına vəsiqəni təmin edib. Kriştiano sözügedən görüşdə dubla imza atıb. 7 turdan sonra Portuqaliyanın 21 xalı var və J qrupunda liderdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!