Röya xanəndəni müdafiə etdi, aparıcını qınadı

saytların hazırlanması

Evə çatdırılma

Röya xanəndəni müdafiə etdi, aparıcını qınadı

Şou

29 Mart 2023 10:23 805


Xalq artisti Röya Ayxan ötən gün efirdə baş verən Əməkdar artist Nigar Şabanova və aparıcı Rövşanə Ağasəfqızı arasındakı qalmaqala münasibət bildirib.

Müğənni "Instagram" səhifəsində bu haqda şərh yazıb.

O, N. Şabanovanın tərəfini tutub:“Sizcə? Əlbəttə, Nigar xanım haqlıdır. Öz sənəti barədə. Amma Rövşanə xanım iki sənəti qarışdırdı. Onu da bir kənara qoyduq, öz sənətçisini əzdi. Nə deyim Vallah. Düzələn deyilik! O gərək deyərdi... Nə isə. Mən balaca idim, böyüdüm, siz yox”. Pepperoni pizza

Qeyd edək ki, “Space səhər” verilişində Nigar şəxsi həyatı ilə bağlı yazılan xəbərlərdən gileylənib. R. Ağasəfqızı məşhurların şəxsi həyatının izləyici üçün maraqlı olduğunu bildirib, Hülya Avşar, Sibel Can kimi sənətçilərin adını çəkib və “Hülya Avşar deyilsiz” deyərək Şabanovaya təpki verib. Xanəndə isə Avşarın onun sənətinin yanında heç nə olduğunu söyləyib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!