Rozanın övladlarının atası bilindi - Məşhur şəxsdir - Foto

saytların hazırlanması

Evə çatdırılma

Rozanın övladlarının atası bilindi - Məşhur şəxsdir - Foto

Şou

31 Oktyabr 2019 13:01 3920


Müğənni Roza Zərgərli övladlığa götürdüyü Corc və Jerar Qafarovların anası, mərhum Leyla Qafarova haqda söhbət açsa da, ataları barədə informasiya verməyib.

"Yeni Sabah" axşam.az-a istinadən xəbər verir ki, onların atası Latviyanın olduqca məşhur musiqiçilərindən biri Karlis Beynertsdir. Sənətçi Riqa şəhərində yaşayır. Eyni zamanda dirijorluq edir və xor sinfi də mövcuddur. 30 ildən çox Riqada musiqi məktəbində direktorluq edən Karlis bu vəzifəyə 1982-ci ildə təyin olunub.

Marqarita pizza

Hazırda 66 yaşında olan musiqiçi Vija Beynertslə evlidir.

Onu da bildirək ki, mərhum Leyla Qafarova Azərbaycan vətəndaşı olub. O, Karlis Beynertslə ailə qurduğuna görə Riqaya köçüb. Özünün vaxtilə dediyinə görə, mərhum Karlisin dördüncü həyat yoldaşı imiş. Eks-cütlüyün ayrılıq səbəbləri bilinməsə də, L.Qafarova imkansızlıq ucbatından övladlarını uşaq evinə verməli olub.

Roza Zərgərlinin isə oğlu Corc Qafarovla tanışlığı çəkilişlərdə baş tutub. O, daha sonra hər iki qardaşı qəyyumluğa götürüb.

Hazırda C.Qafarov “İmtahan” serialında rol alır, Jerar isə əsgərlikdədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!