Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi
06 Sen 2021 19:21
2129

Rusiya Müdafiə Nazirliyi Azərbaycanın etiraz etdiyi satınalmanı ləğv etdi

Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma ləğv edilib.

Bu barədə "Report"un Rusiya bürosuna Rusiyanın satınalmalara dair zakupki.gov.ru vahid portalının texniki dəstək xidmətindən bildiriblər.

“Satınalma sifarişçi tərəfindən ləğv olunsa da, bu barədə portalda yerləşdirilən məlumat silinmir. Silinməsi üçün ya məhkəmənin qərarı, ya da nəzarət qurumlarının göstərişi olmalıdır” – deyə xidmətdən qeyd ediblər.

Xatırladaq ki, adıçəkilən portalda Rusiya Müdafiə Nazirliyinə aid yaşayış binalarının yerləşdiyi ərazi “Dağlıq Qarabağ respublikası” kimi qeyd olunduğu üçün Azərbaycan Xarici İşlər Nazirliyi qonşu ölkəyə etirazını bildirmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər