Xəbər verdiyimiz kimi, Rusiyada səfərbərlik elan olunmasından sonra ölkəni tərk edənlərdən biri də azərbaycanlı video bloger Hüseyn Həsənov olub.
Yenisabah.az xəbər verir ki, atasının yaşadığı Bakıya gələn bloqer yerli mətbuatda haqqında yayılan “qaçdı” xəbərlərinə sosial şəbəkə hesabında cavab verib:
“Mən atamın yanına gəldiyimlə bağlı təyyarədən görüntülərimi paylaşdım. Şəxsi işlərimlə bağlı gəlmişəm. pizza
Görüləsi işlərim var. Bir neçə günə Rusiyaya qayıdacağam. Mən Rusiyanı sevirəm. Mənim iki vətənim var - Rusiya və Azərbaycan. Mən Rusiyada doğulmuşam və bu yaşıma qədər də orada yaşamışam.
Ona görə əgər vətənimdə mənə ehtiyac yaransa, mən orada olacağam. Sizi sevirəm".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız