“Rusiyaya “Qarabağdan çıx” komandası vermək lazım olacaq” 
08 Apr 2021 09:56
6977

“Rusiyaya “Qarabağdan çıx” komandası vermək lazım olacaq” 

“Ukraynanın prezidenti Zelenski Putin Rusiyasını açıq mətnlə hədələyir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycanın eks-spikeri Rəsul Quliyev deyib. “Birincisi Zelenski Rusiya ilə bağlı “Donbas əyalətində müharibəyə cəhd etsə layiqli cavabını alacaq və biabırcasına məğlub olacaq” bəyanatını verib. 

İkincisi Ukraynanın gələcəyi NATO-nun üzvü olmaqdır qərarıdır. 

Putin tələsik Rusiya tarixində ən “başdanxarab” xarici işlər naziri vasitəsilə Ukraynaya kəskin xəbərdarlıq edib ki, “Ukrayna heç vaxt NATO-nun üzvü ola bilməz, olsa ərazilərini itirəcək” təhdidini edib. 

Paşinyan isə Putinə iki hədiyə aparır. 

Birincisi Putinin əlaltısı, nökəri olmuş Köçaryana bəraət verdirib, ikincisi Rusiyanın döyüşə yararsız SU-30 təyyarələrini almaq vədini verib. 

Putin Azərbaycan başda olmaqla bütün türk dünyası - Türkiyə, Qazaxstan, Özbəkistan, Türkmənistan və Qırğızıstana nifrət edir, ancaq hələ ki, bu nifrəti reallaşdırmaqdan qorxur. Zaman Rusiyanın əleyhinə işləyir. O hərtərəfli zəifləməkdə davam edir. 

Səbrlə gözləyib vaxtı çatanda Qarabağdan çıx komandası vermək lazım olacaq. Bu məsələdə ümid edirəm Paşinyan Ermənistanı Azərbaycanın yanında olacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər