Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik etdi

Siyasət

19 İyun 2026 20:41 233


Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. pizza

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tatarıstan sakinləri adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizə və ölkənizin bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, dövlətçiliyin daha da möhkəmləndirilməsi işində və çoxşaxəli sosial-iqtisadi vəzifələrin yerinə yetirilməsində daim uğurlar arzulayırıq. Qoy, Azərbaycan cəmiyyətinin birliyi və quruculuqla bağlı güclü əzmi əcdadların tarixi nailiyyətlərinə dair xatirələrlə möhkəmlənərək ölkənin davamlı dinamik inkişafının və firavanlığının təminatı olsun!

Qardaş xalqlarımızın xoşməramlı əməkdaşlıq ənənələrinin gələcəkdə də sarsılmaz qalacağına, habelə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq maraqları naminə geniş qarşılıqlı fəaliyyətin daha da inkişaf etdiriləcəyinə ümid bəsləyirik.

Sizə, yaxınlarınıza və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!