Sabah 42-43 dərəcə isti olacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah 42-43 dərəcə isti olacaq

Sosial

08 Avqust 2023 19:39 1127


Avqustun 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Cənub- şərq küləyi əsəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

Onun sözlərinə görə, havanın temperaturu gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Sezar pizza

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçsə də, gündüz saatlarında Dağlıq Şirvan, Quba, Qusar və Şərqi Zəngəzurun bəzi dağlıq ərazilərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Havanın temperaturu gündüz 35-40 dərəcə, Naxçıvan Muxtar Respublikasında və Mərkəzi aran rayonlarının bəzi yerlərində 42-43 dərəcə isti, dağlıq rayonlarda 27-32 dərəcə isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!