Sabah Bakının bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sosial

03 Sentyabr 2023 13:48 638


Sabah Qaradağ və Binəqədi rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən bildirilib.

Belə ki, sentyabrın 4-ü saat 10:00-dan Qaradağ rayonu, Sahil qəsəbəsində qaz xəttinin kipliyə sınaq olunması, həmçinin “Tbilisi prospekti” ölçü qovşağından qidalanan “Motodrom” əhali qaz kəməri üzərində və Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində istismara yararsız siyirtmənin yenisi ilə əvəz olunması məqsədilə qaz təchizatı dayandırılacaq. Pepperoni pizza

Təmir-quraşdırma işləri aparılan zaman Qaradağ rayonu, Sahil qəsəbəsinin tam olaraq və Binəqədi rayonu, Motodrom ərazisinin, eləcə də Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!