Sabah bu rayonlarda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sabah bu rayonlarda qaz olmayacaq

Sosial

14 Sentyabr 2023 20:59 622


Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 09:00-dan “Qusar-2” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti ilə “Şahdağ TK(QPS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin əlaqələndirilməsi və “Zabrat 1” ölçü qovşağı üzərində quraşdırılmış baypas xəttin birləşmə işləri, həmçinin saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi” QPS-də ölçü qovşağının giriş və çıxış xətləri üzərində olan yararsız siyirtmə və kranın əvəzlənməsi ilə bağlı qaz təchizatının dayandırılması planlaşdırılır. Marqarita pizza

“Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Qusar (böyük hissəsi) və Ağcabədi (tam olaraq) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, - deyə məlumatda qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!