Sabah hava necə olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq?

Sosial

21 Sentyabr 2022 12:54 833


Azərbaycanda sentyabrın 22-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 26-31° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 35-40% olacaq. pizza

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!