Milli Hidrometeorologiya Xidməti sentyabrın 27-də gözlənilən hava şəraiti barədə məlumatı açıqlayıb.
Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Dominos pizza
Havanın temperaturu gecə 13-16° isti, gündüz 25-30° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Telegram kanalımız