Sabah hava necə olacaq? - Proqnoz

saytların hazırlanması

Evə çatdırılma

Sabah hava necə olacaq? - Proqnoz

Sosial

30 Sentyabr 2023 12:21 772


ETSN Milli Hidrometeorologiya Xidməti oktyabrın 1-də gözlənilən hava şəraiti barədə proqnozu açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20°, gündüz 22-27° olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq. pizza sifarişi

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 22-27°, dağlarda gecə 8-13°, gündüz 13-16° olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!