Sabah yağış və külək...   - Yayda payız havası

saytların hazırlanması

Evə çatdırılma

Sabah yağış və külək... - Yayda payız havası

Sosial

07 Avqust 2022 12:38 1851


Milli Hidrometeorologiya Xidməti avqustun 8-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. 

Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33°  isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz  30-32° isti olacaq.   Dominos pizza

Atmosfer təzyiqi  756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət  60-65 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:     

Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. 

Dəniz suyunun temperaturu:  

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında:

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz  18-23° isti olacaq.   


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!