Sabunçu polisi həftəsonu Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib.
Yenisabah.az xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb
Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yertişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.
Bakıxanov qəsəbəsində isə əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.
Telegram kanalımız