Sahil Babayev vətəndaşları qəbul etməyib? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev vətəndaşları qəbul etməyib? - Rəsmi açıqlama

Sosial

01 Mart 2019 17:31 1003


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi media səhifələrində nazir Sahil Babayevin fevralın 27-də Sabirabad rayonunda keçirdiyi vətəndaş qəbuluna bir neçə nəfərin buraxılmadığı haqda yayılan məlumata aydınlıq gətirib.  

"Yeni Sabah" xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı sosial şəbəkədə qeyd edib ki, fevralın 18-də nazirin vətəndaş qəbulu ilə bağlı yayılmış elanda da qeyd edildiyi kimi, qəbula yazılmaq üçün fevralın 25-dək vaxt müəyyən edilib: “Bu müddət ərzində qəbula yazılmış 41 nəfərin hər biri nazir tərəfindən qəbul edilib və müraciətləri dinlənilib. Bununla yanaşı, qəbula yazılmayan 115 nəfərin ərizəsi qeydiyyata alınıb.

Prosedura uyğun olaraq öncədən qəbula yazılmayan bir neçə nəfərin mediada haqsız çıxışını süni narazılıq yaratmaq kimi qiymətləndiririk. pizza hut

Ümumilikdə, təkcə nazir tərəfindən 2018-ci ildə 1200-dək vətəndaş (həm Bakı, həmdə bölgələrdə), bu ilin 2 ayı ərzində isə 150-dək vətəndaş qəbul edilərək dinlənilib, müraciətləri nəzərə alınıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!