Sahil Babayev vətəndaşlarla görüşdü, tapşırıq verdi

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayev vətəndaşlarla görüşdü, tapşırıq verdi

Sosial

15 Fevral 2019 21:08 853


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Neftçala rayonunda Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, qəbuldan əvvəl S.Babayev və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin bu rayondakı abidəsi önünə güldəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Vətəndaşlarla görüşündə S.Babayev Azərbaycan Prezidenti  İlham Əliyevin cari ildə imzaladığı yeni fərman və sərəncamların əhalinin rifah halının yaxşılaşdırılması, əmək haqları və digər sosial ödənişlərin artırılması, şəhid ailələri və müharibə əlillərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti mühüm addımlar olduğunu vurğulayıb. Nazir ötən il məşğulluq orqanları vasitəsilə Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə 2254 nəfərin işlə təmin edildiyini, 41 nəfərin peşə hazırlığının təşkil olunduğunu, 614 ailənin özünüməşğulluq proqramına cəlb edildiyini deyib.

S.Babayev bildirib ki, dövlət başçısının təşəbbüsü ilə cari ilin yanvar ayında icrasına başlanılan “İşsizin DOST-u” proqramı 30 minədək işsiz şəxsin əmək müqaviləsi üzrə ödənişli ictimai işlərə cəlb olunmasını nəzərdə tutur. Onlardan artıq 25 mindən çox şəxsin əmək müqaviləsi ilə bu işlərlə təminatı həyata keçirilib. Proqrama əsasən, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Cəbrayıl rayonları üzrə də işsiz şəxslər ödənişli ictimai işlərə cəlb olunurlar. Pepperoni pizza

Qəbul zamanı ayrı-ayrı sosial təminat növlərinə hüququn müəyyən olunması, tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma və s. məslələrlə bağlı müraciətlər dinlənilib. Müraciətlərdən sorğu xarakterli olanlarla bağlı hüquqi izahatlar verilib. Digər müraciətlərdə ifadə olunan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün S.Babayev tərəfindən aidiyyəti taşırıqlar verilib. Eləcə də bir sıra vətəndaşların aktiv məşğulluq tədbirlərinə, sosial xidmətlərə, potensial imkanları nəzərə alınmaqla özünüməşğulluq proqramına cəlb olunması, reabilitasiya xidmətləri ilə təminatı tapşırılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!