Sahil Babayevin yerinə o təyin olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Sahil Babayevin yerinə o təyin olunacaq

Siyasət

07 Fevral 2025 15:31 5834


Ötən gün Maliyyə naziri təyin olunan Sahil Babayevi kimin əvəzləyəcəyi hazırda ən çox maraq doğuran suallardan biridir. 

“Yeni Sabah” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bundan sonra kimin rəhbərlik edəcəyini öyrənə bilib. 

Əldə etdiyimiz xəbərə görə, Sahil Babayevin xələfi kənar şəxs deyil. Məlumatlı şəxs hazırda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini postunu tutan Anar Əliyevin Sahil Babayevin yerinə təyin olunacağını bildirib.  Dominos pizza

Qeyd edək ki, Anar Əliyev  əvvəllər Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri - Nazirlik Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. 

Evlidir, 2 övladı var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!