Şamaxı İcra Hakimiyyətindən zəlzələyə dair MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Şamaxı İcra Hakimiyyətindən zəlzələyə dair MƏLUMAT

Hadisə

27 Fevral 2026 16:39 560


Şamaxı Rayon İcra hakimiyyəti Şamaxıda ard-arda baş vermiş 2 yeraltı təkanla bağlı məlumat yayıb.

Şamaxı Rayon İcra Hakimiyyətindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, zəlzələ zamanı hansısa dağıntı və tələfat olmayıb:

“Rayon ərazisində hər hansı dağıntı, yaxud insan tələfatı qeydə alınmayıb. Zəlzələnin nəticələrinə dair məlumatlar lazımi vaxtda mətbuata təqdim ediləcək”.

İcra Hakimiyyətindən daha sonra qeyd olunub ki, yeraltı təkanlardan dərhal sonra aidiyyəti qurumlarla əlaqə saxlanılıb və hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb. Bununla belə, ərazilərdə monitorinqlər davam etdirilir.

Xatırlatma: bu gün Şamaxı rayonunda 4,7 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Yerlaltı təkan yerli vaxtla 15:52-də qeydə alınıb. Təkanların dərinliyi 12 km olub. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 16:05-də 3.3 maqnitudalı ikinci zəlzələ baş verib. Yeraltı təkanın dərinliyi 10 km-dir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!