Samuxda məktəb yanır - Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Samuxda məktəb yanır - Xəsarət alanlar var

Sosial

01 Mart 2019 16:38 853


Samux rayon Tatlı kəndində ümümi sahəsi 404 kv/m olan 1 mərtəbəli 8 otaqdan ibarət orta məktəbdə qızdırıcı sobanın həddindən artıq qızdırılması səbəbindən boru ətrafı yerlərdə yanğın baş verib. 

Daha sonra borular partlayıb və tüstülənmə olub.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Hadisə dərs vaxtı olduğundan 10-a yaxın şagird tüstünün təsirinə məruz qalıb və özlərini pis hiss ediblər. Onlara ambulator qaydada yardım göstərilib. pizza sifarişi

*****

Samux rayonunda orta məktəbdə yanğın olub.

Hadisə rayonun Tatlı kənd orta məktəbində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, 10 nəfərə yaxın şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!