Səddamın tapancası Buşun əlinə necə keçib?

saytların hazırlanması

Evə çatdırılma

Səddamın tapancası Buşun əlinə necə keçib?

Dünya

03 Yanvar 2023 12:06 854


20 il ötdükdən sonra ABŞ-ın elit hərbi qüvvələrində xidmət etmiş veteran Səddamın həbsi əməliyyatının yeni təfərrüatlarını açıqlayıb.

Yenisabah.az xəbər verir ki, "Delta" xüsusi təyinatlılarının zabiti çavuş Kevin Holland deyib: "Səddamın həbsi zamanı ona söylədik: “Prezident Corc Buşdan sizə salam var”.

"Danger Close" adlı podkastda çıxış edən Holland bildirib ki, Səddamın sığınacağı ağac yarpaqları ilə örtülü olub. O və komandası kərpiclə hörülmüş dəliyi aşkarlayıb və içərisinə əl qumbarası atıb. Toyuqlu pizza

"Çuxurun içindən tüklü bir kişi peyda oldu və onu tutub dedik: “O`key! Odur".

Amerikalı zabit həmin anı belə təsvir edib: "Komandamızda Səddamın orada gizləndiyini sübut edən məlumatlar vardı. Səddam yaxalayarkən əlində "Glock-18" revolveri tutmuşdu. Qrupumuzun bir üzvü silahını Səddamın ağzına tuşladı və tapancanı ondan aldı. Bu revolver sonradan Corc Buşa bağışlandı. Səddam həbs olunan kimi danışmaq istəyirdi..."


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!