Səfirlik “Bazar Günü” məktəbinin açılışını etdi

saytların hazırlanması

Evə çatdırılma

Səfirlik “Bazar Günü” məktəbinin açılışını etdi

Dünya

16 Fevral 2019 22:12 1214


Azərbaycanın Qətər Dövlətindəki səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün "Bazar Günü" məktəbinin acılış mərasimi kecirilib.

“Yeni Sabah” xəbər verir ki, səfir Rəşad İsmayılov Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğı haqda danışıb. 

Səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə acılan "Bazar günü” məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaqlar. pizza sifarişi

Məşğələlərdə əsasən ingilis dilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin fonetika, qrammatika və leksikası tədris ediləcək eyni zamanda, Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz təqdim ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!