Şəhid ailələri ziyarət olundu -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Şəhid ailələri ziyarət olundu - Fotolar

Sosial

20 Yanvar 2021 16:25 755


20 yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İH-nin rəhbər şəxsləri 20 yanvar şəhid ailələri ilə birgə Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət etmişlər. 

Yenisabah.az xəbər verir ki, görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin xatirəsi böyük ehtiramla yad olunub, 20 yanvar şəhidlərinin qəhrəmanlığından söhbət edilib. 

Həmçinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunmasından və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə danışılıb, xalqımızın şəhidlərin qəhrəmanlığını heç zaman unutmadığı və unutmayacağı bildirilib. Sezar pizza

İstər 20 yanvar, istər I Qarabağ Müharibəsi, istərsə də Vətən Müharibəsi şəhid ailələrinə hər zaman dövlət tərəfindən diqqəti və qayğı göstərildiyi xüsusilə vurğulanıb, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması və sosial problemlərinin həlli dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanıldığı söylənilib. Şəhid ailəsi üzvləri bu diqqətə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını çatdırıblar. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək də xatırlanıb, şəhid ailələri bu qayğıya görə ona da təşəkkür ediblər.

Xatırladaq ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş  fəaliyyətində əsas isiqamət olaraq qalacaqdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!