Şəhid İlqar Verdiyevin atası vəfat edib

saytların hazırlanması

Evə çatdırılma

Şəhid İlqar Verdiyevin atası vəfat edib

Sosial

22 Avqust 2021 09:44 1594


Azərbaycan Ordusunun şəhid kapitanı İlqar Verdiyevin atası Tapdıq Verdiyev vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə mərhumun həyat yoldaşı Rəna Verdiyeva bildirrib.

Xatırladaq ki, kapitan İlqar Verdiyev bir müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini vəzifəsində işləyib. Dominos pizza

 2008-ci ildə o, cəbhə bölgəsinə bölük komandiri vəzifəsində xidmət etməyə göndərilib.

2012-ci il iyunun 9-dan 10-na keçən gecə mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyev cəbhənin Goranboy rayonu istiqamətində minaya düşmüş hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisi, mayor Zahir Məmmədovu ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. İlqar Verdiyev bir neçə gün komada qalandan sonra 2012-ci ilin iyunun 14-də şərəfli şəhidlik zirvəsinə yüksəlib.

Mərhum zabit ailəli idi, Kamran və Orxan adlı iki oğlu, Əminə adlı bir qızı yadigar qalıb.

Allah rəhmət eləsin...


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arzu
    Bütün Şehidlerime ve derde dözmeyib vefat eden bütün valideynlere ve dünyasini deyişen ezizlerine rehmet dileyirik! Allah mekanlarini Cennet etsin! Amin!
    5 years ago