Şəhidin xanımı tələbə adını qazandı   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şəhidin xanımı tələbə adını qazandı - FOTO

Sosial

31 Avqust 2023 14:55 311


Xəbər verdiymiz kimi, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçiminin nəticələri açıqlanıb. 

Vətən müharibəsi şəhidi Zeynal Zülfüqarlının xanımı Firuzə Zülfüqarlı da universitetə qəbul olanlar arasındadır.

Yenisabah.az xəbər verir ki, o, Xəzər Universitetinə qəbul olub. Toyuqlu pizza

Şəhidimizin xanımı Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil alacaq.

Qeyd edək ki, Zeynal Alim oğlu Zülfüqarlı 1995-cı il mayın 31-də Şirvan şəhərində anadan olub. Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alıb. Sentyabrın 27-də Vətən müharibəsinə yollanıb. Cəbrayıl, Füzuli, Xocavənd və Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Oktyabrın 20-də Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!