Səhiyyə Nazirliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün tender elan edib.
“Yeni Sabah”ın məlumatına görə elanda bildirilir ki, hazırda tikinti 2-ci mərhələdədir, yəni başlamış tikintinin davamı üçün iddialı şirkət axtarılır.
Tender 1 lot üzrə keçiriləcək. Tenderdə iştirak etmək istəyən hüquqi şəxslər zəruri sənədlərə malik olmalıdırlar. Tikinti - quraşdırma işlərinin həyata keçirilməsi barədə lisenziya, müəssisənin maddi- texniki bazası və kadr potensialı barədə təsdiq edilmiş məlumat həmçinin səhiyyə obyektlərinin təmir - tikintisi sahəsində ən azı 3 illik iş təcrübəsi və maliyyə dövriyyəsi (10,0 milyon manatdan az olmamaq şərtilə) haqqında təsdiq edilmiş sənədləri olan müəssisələrə üstünlük veriləcək. pizza mizza
Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçılar Lot üçün 300 manat iştirak haqqı tələb olunur.
Telegram kanalımız