Selin dağıtdığı Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda   SON VƏZİYYƏT

saytların hazırlanması

Evə çatdırılma

Selin dağıtdığı Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda SON VƏZİYYƏT

Sosial

05 İyun 2026 18:21 83


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə Prezidentinin sərəncamına uyğun olaraq, intensiv yağıntılar nəticəsində fəsadların yarandığı Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, hazırda ərazidə yaranmış problemlərin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir. Yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub: Pepperoni pizza

"Görülən işlər çərçivəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, yol yatağının genişləndirilməsi, həmçinin xüsusi svayların vurulması ilə yol yatağının möhkəmləndirilməsi və dayanıqlığının artırılması istiqamətində tədbirlər görülür.

Bununla yanaşı, sel sularının zədələdiyi suötürücü qurğuların və metal konstruksiyalı körpünün bərpası istiqamətində də müvafiq işlər aparılır. Yağıntılı hava şəraitinin yarada biləcəyi risklərin minimuma endirilməsi məqsədilə əlavə qabaqlayıcı tədbirlər də reallaşdırılır.

Görülən işlərin əsas məqsədi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!