Şənbə gününün hava proqnozu açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Şənbə gününün hava proqnozu açıqlandı

Sosial

06 Sentyabr 2024 12:29 289


Bakıda və Abşeron yarımadasında sentyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-29° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Sabah Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!