Uşaqlıqdan gələn sirr: Aysel Əlizadə özündən danışdı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Uşaqlıqdan gələn sirr: Aysel Əlizadə özündən danışdı - VİDEO

Şou

01 May 2026 09:43 100


“Həmişə düşünürəm ki, sevgi öyrədilən bir şey deyil. İnsan dünyaya göz açanda qəlbində Allahın verdiyi bir sevgi olur, nə qədərdirsə, odur. Sonra isə bu sevgini valideynlərimizin, dostlarımızın və sevdiyimiz insanların sayəsində daha da inkişaf etdiririk, püxtələşdiririk. Əsas odur ki, insanın daxilində o sevgi mənbəyi olsun".

“Yeni Sabah” xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə qonaq olduğu verilişdə deyib.

İfaçı sevgi haqqında fikirlərini bölüşüb:

“Bəzi insanlar var ki, dünyaya gələndən sanki sevgi hissini yaşaya bilmirlər, ya da buna inanmırlar. Belə insanlar üçün sevgi bəzən həyat boyu bir sınağa çevrilir. Mən isə çox şükür ki, sevgi ilə böyüyən bir uşaq olmuşam. Məsələn, bəzən valideynlər deyir ki, bəzən uşaqlar çox ağlayır, nadinclik edir, amma bəziləri sakit və sevgi dolu olur. Mən də o uşaqlardan olmuşam, tez-tez gedib anamı, atamı qucaqlayır, öpürdüm.

Hətta uşaqlıq videolarımda da görünür ki, tez sakitləşən, sevgi ilə xoşbəxt olan uşaq olmuşam. Məncə, bu hisslər bir növ doğuşdan gəlir. Əgər insanda bu sevgi varsa və ətrafındakı insanlar da onu dəyərləndirirsə, bu sevgi daha da artır. Əks halda azala da bilər, amma tam yox olmur".

Aysel Əlizadə əlavə edib ki, sevgi yalnız insanlar arasında olan hisslə məhdudlaşmır:

“İnsanın daxilində olan bu sevgi Allah sevgisi, insan sevgisi, heyvan sevgisi, təbiət sevgisi və ümumiyyətlə, həyata olan sevgidir. Əgər bu hisslər varsa, onları böyütmək mümkündür. Əslində hər birimizin daxilində sevgi var, sadəcə onu kəşf etmək, paylaşmaq və hiss etdirmək lazımdır.

Sevmək və sevilmək vacibdir. Amma sevgi yalnız insanlar arasında olan hiss deyil, torpağa, təbiətə, heyvanlara, həyata olan sevgidir. Mən şəxsən bundan böyük zövq alıram və buna görə də özümü çox vaxt pozitiv enerji daşıyan biri hesab edirəm”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!