“Səndən ayrılacam...” - Nüşabə Ələsgərlidən ərinə qadağa – Video

saytların hazırlanması

Evə çatdırılma

“Səndən ayrılacam...” - Nüşabə Ələsgərlidən ərinə qadağa – Video

Şou

07 Oktyabr 2019 13:09 1442


Əməkdar artist Nüşabə Ələsgərli "Hüseynova bacıları" verilişinin növbəti qonağı olub. 

“Yeni Sabah”  xəbər verir ki, ifaçı həyat yoldaşı Rzanın döymə etdirməsinə qarşı çıxmasından danışıb:

“Yoldaşım mənə göstədi ki, bu formada qoluma yazılı döymə etdirmək isdiyirəm. Dedim, qətiyyən icazə vermirəm. Söylədim ki, qoluna döymə etdirsən, səndən ayrılacam". pizza

Müğənni həyat yoldaşının ona danışdığı yalandan bəhs edib:

"Mənə "yaxşı, etdirmərəm" dedi. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma filan da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular. Böyük şok yaşadım. Onunla dalaşdım ki, günahdır. Dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək. O zaman rahatladım. 3 ay gözlədim gördüm getmir. Dedim, bunu yu, getsin də. Qayıtdı ki, yox, ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyil”. 

Xatırladaq ki, Nüşabə Ələsgərlinin hazırkı həyat yoldaşı Rza əslən İran vətəndaşıdır. O, əvvəllər ifaçının cangüdəni olub və ondan yaşca kiçikdir. Onlar 2011-ci ildə mediadan gizlin ailə qurmuşdular.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!