Sərhəddən 3000 ədəd psixotrop preparat keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Sərhəddən 3000 ədəd psixotrop preparat keçirmək istədilər

Kriminal

28 Fevral 2019 18:42 898


Sərhəddə 17 kq 285 qram narkotik vasitənin və 3000 ədəd psixotrop preparatlarının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəs­təsinin xidməti ərazisində Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxınlığında İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki əşyaları əraziyə ataraq geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­rilib, 2 ədəd sarı və ağ rəngdə torbalarda 4 kq 75 qr heroin və 4 kq 290 qr marixuana aşkar olunaraq götürül­üb.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­larının “Göytəpə” sərhəd dəs­təsinin xidməti ərazisində Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadı tərəfindən əraziyə baxış keçiri­lərkən 2 ədəd sahibsiz halda bağlama aşkarlanıb. Bağla­malara baxış zamanı 7 kq 900 qr tiryək, 1 kq 20 qr heroin, 3000 həb “Metadon-40” psixotrop preparatlar və 2 qutu tütün məmu­latları aşkarlanıb. Marqarita pizza

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!