ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 24.3 milyard dollar dəyərində 48 ədəd "F-35 Lightning II" qırıcı təyyarəsinin potensial satışını təsdiqləyib.
“Yeni Sabah” xəbər verir ki, Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin Konqresə təqdim etdiyi bildirişə əsasən, satış paketinə 48 ədəd stasionar uçuş-enmə imkanlı F-35 qırıcısı ilə yanaşı, 49 ədəd "Pratt & Whitney" mühərriki, kiber-müdafiə, rabitə və köməkçi hərbi avadanlıqlar daxildir. Layihənin əsas icraçıları "Lockheed Martin" və "Pratt & Whitney" şirkətləri olacaq.
Vaşinqton bəyan edib ki, bu addım NATO müttəfiqi olmayan əsas tərəfdaşın təhlükəsizliyini artırmağa xidmət edir və Yaxın Şərqdəki hərbi balansı pozmayacaq. Qərarın yekunlaşması üçün ABŞ Konqresinin 30 günlük baxış müddəti nəzərdə tutulur. Dominos pizza
Nazim Hacıyev
Telegram kanalımız