Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar

Dünya

18 Sentyabr 2026 08:21 118


ABŞ administrasiyası Səudiyyə Ərəbistanına ümumi dəyəri 24,3 milyard dollar olan 48 ədəd F-35 qırıcı təyyarəsinin və digər hərbi avadanlıqların satışını təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, ABŞ Dövlət Departamenti silah satışı ilə bağlı Konqresə rəsmi bildiriş göndərib.

Qeyd edilib ki, Səudiyyə Ərəbistanı 48 F-35 qırıcısı ilə yanaşı, 49 ədəd “Pratt & Whitney F135-PW-100” mühərriki və əlaqəli avadanlıqlar əldə edəcək. pizza

Məlumatda F-35-lərin satışının Yaxın Şərqdə hərbi güc balansını dəyişdirməyəcəyi bildirilib.

Müqavilənin əsas podratçıları “Lockheed Martin” və “Pratt & Whitney” olacaq.

ABŞ Silah İxracına Nəzarət Qanununa əsasən, Konqresin NATO üzvü olmayan ölkələrə silah satışına etiraz etmək üçün 30 gün, NATO üzvü ölkələrə satışlar üzrə isə 15 gün müddəti var./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!