Sevgililər pullarını oğurladıqları adamı 11 yerə böldülər 
22 Sen 2020 18:08
1129

Sevgililər pullarını oğurladıqları adamı 11 yerə böldülər 

İndoneziyada bir nəfər qadın sevgilisi ilə birgə tanışlıq proqramı olan "Tinder"dan tanıdığı və varlı olduğunu düşündüyü adama tələ qurub.

Yenisabah.az xəbər verir ki, cütlük ilk əvvəl bir mənzil kirayələyib, daha sonra isə qadın "Tinder"da tanıdığı şəxsi evə dəvət edib. Bu zaman onun sevgilisi digər otaqda gizlənibç Gənc qadın adamla cinsi münasibətə girmək istəyərkən sevgilisi otağa daxil olaraq adamı öldürüb və daha sonra onu 11 hissəyə bölüb. Bundan sonra cütlük adamın bank kartlarının götürərək evdən qaçıb.  Sözügedən şəxsdən uzun müddət xəbər almayan ailəsi isə polisə müraciət edib.  Hadisənin üstü isə bundan sonra açılıb və cütlük həbs edilib. 

Bildirək ki, hadisə Cakarta şəhərində baş verib. Cütlüyün edam cəzasına məhkum ediləcəyi güman edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər