Sevgilisindən məşhur müğənniyə 600 minlik sürpriz - Fotolar

Sevgilisindən məşhur müğənniyə 600 minlik sürpriz
Sent 14, 2019 20:19
Oxunma sayı: 449

Müğənni Ece Seçkin yeni yaşını ötən gecə nişanlısı Çağrı Terlemezin təşkil etdiyi bir partidə keçirib.

"Yeni Sabah" Türkiyə KİV-nə istinadən xəbər verir ki, 29 yaşı tamam olan müğənni gördüklərinə təəccüblənib. Gecədə onun yaxın dostları da yer alıblar.

Tədbirin ona sürpriz olduğunu deyən Seçkin "Bir sürpriz gözləyirdim, amma bu qədərini yox. Sevdiyim bütün dostlarım yanımdadır. Günlərlə mənə heç nə hiss etdirmədən, hazırlaşıblar. Çox xoşbəxtəm" söyləyib.

Terlemezin sevgilisinə sürprizi tək parti ilə bitməyib. O, ifaçıya 600 min lirə dəyərində "Porsche Carrera" avtomobili alıb.

Yenisabah.az