Şeyx Sərdar “+18“ videolar çəkirmiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Şeyx Sərdar “+18“ videolar çəkirmiş - FOTO

Sosial

11 Noyabr 2021 08:58 9679


"Şeyx Sərdar Hacıhəsəni" kimi tanınan Sərdar Babayev öz "ruhani qardaş"larının yataq görüntülərini çəkib İrandakı ağalarına göndərir, sonra da yataqda çəkilən "əməli-saleh"ləri şantaj edərək əmrlərinə tabe olmağa vadar edirmiş.

2021-ci il 21 oktyabrın tarixində Sərdar Akif oğlu Babayev dövlətə xəyanət ittihamı ilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. Bəlli olur ki, Sərdar Babayev Azərbaycan Ruhanilər Məclisinin digər üzvləri haqqında şantaj xarakterli məlumatlar da toplayıb. Bu haqda sosial şəbəkələrdə onun çəkdiyi gizli videolar da yayılıb. Vidoda əvvəlcə "Şeyxin" gizli kamera quraşdırdığı görünür. Ardınca otağa daxil olan qadın və kişinin sevişmə səhnələri  görüüntülənir.

Sərdar Akif oğlu Babayev 1974-cü ilin martın 12-də Masallı rayonunda doğulub. Uşaq yaşlarından dinə meylli olub və 1992-ci ildə dini təhsil almaq məqsədilə Qum şəhərinə yollanıb. 2000-ci ilədək İranda dini fəaliyyətini davam etdirib, daha sonra isə Bişkek şəhərində İran-Qırğısıtan İslam Universitetində müəllim kimi çalışıb. 2008-ci ildə isə Azərbaycana qayıdıb və burada dini fəaliyyətlə məşğul olub. O, "Şeyx Sərdar Hacıhəsəni" adı ilə tanınan Sərdar Babayev və Azərbaycan Ruhanilər Məclisinin üzvü, Maide.az saytının təsisçisi və baş redaktorudur. pizza hut

O, daha əvvəl 2017-ci ildə də dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci il fevralında isə azadlığa buraxılıb.

Milli.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!