Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Şeyxin batil olan namazı...
23 İyl 2021 15:46
10088

Şeyxin batil olan namazı...

Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanması regionda yeni siyasi şərait yaradıb. Düşmən üzərində qələbə ölkəmizi diqtə edən tərəfə çevirib. İndi Azərbaycan bölgədə əsas söz sahiblərindən biri olmaqla yanaşı, həm də region dövlətlərinin gələcəyilə bağlı gedən proselərin əsas oyunçusudur.

Yenisabah.az bildirir ki, xüsusilə müharibədən sonrakı dövrdə ölkəmizə gerçəkləşən səfərlər Azərbaycanın xarici siyasətdəki çəkisini daha da artırıb. İndi Azərbaycan işğal dövründə olduğu kimi xarici təzyiqlərin hədəfi deyil. Çoxillik münaqişəni beynəlxalq hüququn tanıdğı şərtlər daxilində həll etməsi, antiterror əməliyyatları zamanı dinc əhalinin və mülki obyektlərin hərbi arsenalın hədəfindən kənarda saxlanılması ölkəmizin dünya dövlətləri arasındakı mövqeyini daha da gücləndirib.

Xarici dövlətlərin Azərbaycanla əməkdaşlığı genişləndirməsi işğaldan azad olunmuş ərazilərdə bərpa prosesinə qoşulmağa can atan şirkətlərin sayında da özünü qabarıq göstərir. İndi təkcə qardaş Türkiyə deyil, Rusiyaya, İsrailə, İrana, eləcə də bəzi Avropa ölkələrinə məxsus şirkətlər Qarabağda quruculuq-abadlıq prosesində fəal iştirak etmək niyyətindədir. İqtisadi əməkdaşlığın hər iki tərəf üçün səmərəli olması bu meylləri getdikcə gücləndirir.

Aydın məsələdir ki, bu cür qərarlar verilərkən şirkətlərin hansı ölkəyə məxsusluğu, Vətən müharibəsi dövründə həmin ölkənin tutduğu mövqe də nəzərdən keçirilir. Müharibə zamanı yanımızda olan ölkələri təmsil edən şirkətlərin işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi Azərbaycan ictimaiyyətinin də arzusudur. Vətən müharibəsi yaxın keçmişdə baş verdiyi üçün cəmiyyət kimin dost, kimin düşmən mövqedə dayandığını yaxşı xatırlayır.

Qeyd edək ki, son vaxtlar baş verən hadisələrin fonunda QMİ sədri Allahşükür Paşazadənin səsləndirdiyi fikirlər cəmiyyətdə haqlı narazılığa səbəb olub. Belə ki, Paşazadənin Qarabağ torpaqlarının qonşu İran dövlətinin ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin fətvası ilə azad olunduğunu deməsi onu qınaq obyektinə çevirib. Bu da təsadüfi deyil. Azərbaycan cəmiyyəti İranın Ermənistana münasibətindən xəbərdardır. Ermənistan müsəlman dövləti olan Azərbaycanın torpaqlarını 30 ilə yaxın işğal altında saxlasa da, İran heç vaxt bu dövlətlə əməkdaşlığı dayandırmadı. Əksinə, İran blokadada olan Ermənistana “nəfəs verdi”, onun işğal siyasətini uzun müddət davam etdirməsinə kömək etdi. İran şirkətlərinin uzun illər işğal altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərməsi rəsmi Tehranın erməni sevgisinin təzahürü sayıla bilər. 

Azərbaycan cəmiyyətini qıcıqlandıran başqa bir məqam isə müharibə vaxtı İranın Ermənistana silah ötürməsi olmuşdu. Silahla dolu İran TIR-larının Cənubi Azərbaycan torpaqlarından keçərək hərbi arsenalı darmadağın olmuş Ermənistana yardım etməsi qonşu ölkədə yaşayan soydaşlarımız tərəfindən kəskin etirzla qarşılanmışdı. İnternet resurslarında Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın silahla dolu İran TIR-larının qarşısını kəsərək, İranın bu mənfur siyasətinə etiraz etdiyini təsdiqləyən çoxlu sayda videogörüntülər var. 

Bəs Şeyx bunları bilə-bilə niyə İranı Azərbaycanın haqlı qələbəsinə şərik çıxarmaq istəyir? Müharibə dövründə İranın Azərbaycanı dəstəkləyən bircə bəyanatını xatırlayan varmı? Fransa başda olmaqla bir çox Avropa dövlətinin Azərbaycanın haqq davasına kölgə salmağa çalışdığı o həssas dönəmdə İran niyə Azərbaycanı müdafiə etmədi? Biz heç Qarabağın işğal altında olduğu 30 il ərzində də İranın müsəlman həmrəyliyi göstərdiyinin şahidi olmadıq. Özünü dünya şiələrinin hamisi sayan İran niyə şiə məscidlərinin dağıdılmasına, donuz fermasına çevrilməsinə etiraz etmədi? Başda bədnam “Səhər” kanalı olmaqla İran KİV-lərinin 30 il sərasər Azərbaycan əleyhinə təbliğat aparması, xalqı legitim hakimiyyətlə üz-üzə qoymağa çalışması kimə və nəyə xidmət edirdi? İran öz sərhədlərində yerləşən Qarabağda daş üstə daşın qalmadığını görmürdü? Yoxsa, erməni sevgisi İranın dini və siyasi hakimiyyətinin gözünü tutmuşdu? 

Hacı Allahşükür Paşazadənin məlum çıxışında insanları ən çox qıcıqlandıran məqamlardan biri də onun Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei arasında bərabərlik işarəsi qoymasıdır. Yaxşı ki, Azərbaycan cəmiyyəti savadlıdır, yazıb-oxumağı, ağı qaradan ayırmağı bilir. Elə buna görə də şeyxin sözlərinin səmimiliyinə inanmır, onun arxasınca getmir. O, Şuşada Ocaqnejadın arxasında dayananda xalqın onun arxasında dayanmayacağını bilməliydi. Xalqın onun arxasında dayanmamağı bir yana, hətta Şeyxin həmin namazının batil olduğunu da söyləmək olar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər