Bir neçə gün əvvəl SOCAR dənizdə boğulan işçi barədə məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, fevralın 15-də “MPK-460” gəmisi “28 May” neft və qazçıxarma idarəsinin (NQÇİ) 19 nömrəli dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb və həlak olub.
“Yeni Sabah” xəbər verir ki, baş vermiş hadisənin əslində rəsmi açıqlamada deyildiyi kimi baş vermədiyi bəlli olub. Bu haqda Neftçilərin Hüqüqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhramanlı şok iddia səsləndirib. O, bildirib ki, Hüseynov Ağazaman Əlqardaş oğlunun ölüm hadisəsini gəmi yırğalanması ilə əlaqələndirməyə çalışırlar: “Yəni gəmi yellənib, takelajçı müavizinətini saxlaya bilməyib dənizə düşüb. Gəmi yellənib düzdür. Ancaq onu da qeyd edim ki, ölüm hadisəsinin əsas səbəbi gəminin yellənməsi yox, kiçik tutumlu gəmiyə ərzaq üçün nəzərdə tutulmuş iri səbətdə başqa blokun işçisinin (işçi təhlükəsizlik qaydaları üzrə mühəndis) endirilməsidir. İri ağır səbət işçiyə dəyib, onu yaralayıb, işçi dənizə düşüb həlak olub. Qeyd edim ki, Xəzər Gəmiçiliyinə məxsus MPK-460 gəmisi böyük yük üçün nəzərdə tutulmayıb. Hadisə səbəblərindən biri də budur.
Əmək müfəttişliyinin və müvafiq orqanların ədalətli araşdırma aparmasına ehtiyac duyulur”. Marqarita pizza
Telegram kanalımız