Son 9 ilin ən soyuq havası   - Nazirlik açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Son 9 ilin ən soyuq havası - Nazirlik açıqladı

Sosial

24 Fevral 2021 12:39 603


Son illər Bakıda fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Yenisabah.az-a bildirilib ki, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb.

Nazirlikdən deyilib ki, son 9 ildə Bakıda ən aşağı temperatur göstəricisi qeydə alınıb. pizza mizza

2012-ci ildə havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub ki, bu da indiyə kimi rekord göstərici idi.

Bu gecə paytaxt Bakıda ən aşağı temperaturun, yəni -9 dərəcə şaxtanın olması gözlənilir.

Fevralın 25-i səhər saatlarında -4 və -5 dərəcə şaxta, günün ikinci yarısı temperaturun 0 dərəcəyə yaxınlaşacağı gözlənilir. Axşama doğru qar səngiyəcək, küləyi sürəti nisbətən azalacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!