Bu gün Azərbaycanda 2019-2020-ci tədris ilinin ilk dərs günüdür.
Azərbaycan şou-biznesinin tanınmış simaları da övladlarını məktəbə yola salıblar.
“Yeni Sabah” sözügedən məşhurları təqdim edir: pizza hut
Bəstəkar-müğənni Murad Arif "Instagram" səhifəsinə övladları Ayla və Mikayılla görüntülərini paylaşaraq tətilin bitdiyini, valideynlərin sevindiyini yazıb.
Müğəni-bəstəkar Hacı Nazim Məmmədov qızı Fatiməni ilk dəfə məktəbə yola salıb.
Rəqqasə Fatimə Fətəliyevanın oğlu da ilk dəfə məktəbə gedənlər arasındadır.
Müğənni Emil Bədəlov qızı Səadəti birinci sinifə yola salıb və bütün valideynləri təbrik edib.
Məşhur teleaparıcı Zaur və Günayın qızı Dilavər də birinci sinfə qədəm qoyub.
Rəqqasə Rəna Ağamuradova da oğlunu məktəbə yola salıb, onun oğlu bu il 7-ci sinifə başlayacaq.
Müğənni Sevil-Sevinc bacıları isə heç kəsi məktəbə yollamasalar da, özləri məktəbli geyimində fotosessiya etdirərək izləyicilərini təbrik ediblər.

Əsmətxanım
Telegram kanalımız