Xalq artisti Röya Ayxanla müğənni İradə İbrahimova arasında olan küsülülüyə son qoyaraq, barışıblar.
"Yeni Sabah" xəbər verir ki, Röya İnstaqram səhifəsində həmkarının “Kimdir günahkar?” mahnısını paylaşaraq onun adını işarələyib. Qarşı tərəfdə bu jest səssiz qalmayıb və belə şərh yazıb:
“İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Həqiqətən xoşbəxt və huzurlu hiss edənləri görmək məncə ən gözıl şəfadır. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda. Sevmək, nə gözəl şeysən... Öz içindəki gözəllikləri başqa birində rast gəlmək gözəl hissdir. Səmimiyyətin qalmadığı bir dünyada səmimiyyət görmək çox təsəllivericidir. Röya, çox xoş oldu, təşəkkür edirəm. Beləcə bu mahnıyla bu gecə atamı da anmış oldum. Bu ifanı çox sevərdi. Doğrudan, görəsən kim idi günahkar? pizza sifarişi
Röya İbrahimovanın şərhinə, “Gəl, artıq tanış olaq” sözlərini yazıb.
Qeyd edək ki, müğənnilər arasında dava “ATV maqazin 10larla” proqramında İ.İbrahimovanın “Röya Türkiyədə ulduz ola bilməyəcək. Əbəs yerə pul xərcləyir” açıqlamasından sonra yaranmışdı. Tərəflər bir-birinin ünvanına ağır sözlər işlətmişdi. /primetime.az
Telegram kanalımız