Soyğunçuluq edən şəxslər yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Soyğunçuluq edən şəxslər yaxalandı

Kriminal

07 Fevral 2019 00:17 1150


Goranboyda yanacaqdoldurma məntqələrinə hücum edən Tovuz sakinləri tutulub. 

“Yeni Sabah” xəbər verir ki, Ruslan Quliyev və İlkin Həsənov fevralın 1-i axşam saatlarında Həsənova məxsus “Subaru” markalı avtomobilin dövlət nömrə nişanının çıxararaq Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisindəki yanacaqdoldurma məntəqəsinə daxil olublar. 

Operatordan maşına 10 manatlıq yanacaq doldurmasını xahiş edən “qəhrəmanlar” xırda pullarının olmadığını deyiblər və 100 manatlıq əskinasa xırda istəyiblər. Beləliklə sürücü və sərnişin soyğunçuluq yolu ilə operatorun 90 manatını ələ keçiriblər.  Sezar pizza

Ruslan Quliyev və İlkin Həsənov təxminən 20 dəqiqə sonra eyni üsulla Goranboy rayonunun Goran qəsəbəsi ərazisində daha bir yanacaqdoldurma məntəqəsinin operatoruna qarşı soyğunçuluq ediblər. Əldə etdikləri pulu öz  aralarında bölən dəstə üzvləri paytaxta üz tutublar. 

Zərərçəkənlərin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Goranboy polisi “isti izlərlə” soyğunçuluq edən şəxsləri müəyyənləşdiriblər. Keçirilən əməliyyat -axtarış tədbirləri nəticəsidnə dəstə üzvlərindən biri Tovuz rayonunda, digəri isə Bakıda saxlanılaraq istitaqa təqdim olunub. 

Bu, Ruslan Quliyevin sayca üçüncü cinayətidir. O, bundan əvvəl də Ağstafa rayonu ərazisində yanacaqdoldurma məntəqəsinin operatoruna qarşı soyğunçuluq etdiyi üçün məhkum olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!