“Space” telekanalında yeni tok-şou

“Space” telekanalında yeni tok-şou
Sent 2, 2019 16:07
Oxunma sayı: 142

“Space” kanalı yeni televiziya mövsumuna yeni layihələrlə start verəcək. 

Kanalın mətbuat xidmətindən “Yeni Sabah”a verilən məlumata görə “Space” tamaşaçıları yaxın günlərdə tanınmış aparıcı Elməddin Behbudun təqdimatında “Gəlin danışaq” tok-şousuna baxa biləcəklər.

İctimai-siyasi yüklü yeni veriliş ölkədə baş verən siyasi proseslərə fərqli yanaşma sərgiləməklə paralel  həm də aktiv müzakirələrə  yer ayıracaq. “Bunu da qeyd edək ki, “Gəlin danışaq” tok-şousu üçün yeni studiya yaradılıb və ən müasir texniki imkanlardan istifadə edilib”.

Məlumata görə Elməddin Behbudla yanaşı daha  iki peşəkar aparıcı “Space” tv-yə dəvət olunub və bununla bağlı əlavə açıqlamalar veriləcək. 

Xatırladaq ki, Elməddin Behbud QHT sektorunda uzun müddət fəaliyyət göstərib və tamaşaçılar onu “Xəzər” televiziyasından tanıyır.

Yenisabah.az