Sumqayıtda püşkatma keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda püşkatma keçirilib

Sosial

27 Fevral 2019 21:25 853


Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində inşa edilmiş yeni yaşayış binaları kompleksindəki mənzillərdə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, bununla əlaqədar olaraq,  fevralın 27-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində növbəti püşkatma keçirilib. Tədbirdə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Sumqayıt şəhər icra başçısının müavini, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Püşkatmada Sumqayıt mehmanxanasında müvəqqəti məskunlaşmış 120-ə məcburi köçkün ailəsinin nümayəndələri, mövcud qaydalar əsasında, onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdiriblər.  pizza

Bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş kompleks 12 binadan ibarətdir. Burada eyni zamanda 21 saylı məktəbə əlavə olaraq, 540 şagird yerlik dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib.  

Yaşayış kompleksinin ərazisində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!