Sumqayıtda şagirdlər dezinfeksiyadan sonra zəhərlənib?

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda şagirdlər dezinfeksiyadan sonra zəhərlənib?

Sosial

24 Sentyabr 2024 15:28 327


Bir müddət əvvəl Sumqayıt şəhər Adil İbrahimov adına 14 nömrəli tam orta məktəbdə bit-birə aşkarlanması barədə iddialar yayılmışdı. 

Həmin vaxt Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılıb. 

Modern.az-ın məlumatına görə, həmin məktəbin bəzi valideynləri "bakupost.az"a bildirib ki, dərman səpiləndən sonra uşaqlar arasında zəhərlənmə halları qeydə alınıb.  pizza hut

"Qızım sonuncu dərsdə iştirak edə bilməyib, halı pisləşib. Təbii ki, uşaqların halı pisləşər! 6-7 saat orada qalırlar. Qızımın səhhəti hələ düzəlməyib, boğulur, düzgün nəfəs ala bilmir", - valideynlərdən biri deyib. 

Mövzu ilə bağlı yenidən Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!