Süni intellekt hansı peşələri əlimizdən alacaq? -AÇIQLANDI 

saytların hazırlanması

Evə çatdırılma

Süni intellekt hansı peşələri əlimizdən alacaq? -AÇIQLANDI 

Sosial

15 İyul 2024 16:11 1053


Süni intellektin inkişaf etməsi ilə həyatımızda bir-sıra dəyişiklər və yeniliklər baş verib. Bəzi işlərimiz azalıb, bəzilərini süni intellekt özü həll edir. Bəs gələcək zamanda süni intellektin daha da inkişaf etməsi ilə birlikdə hansı peşələr insanların əlindən alınacaq? 

Mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Turkustan.az-ın suallarını cavablandırıb. 

İKT eksperti bildirib ki, “süni intellektin sürətlə inkişaf edən bu tempi bir çox sahələri, bir çox sektorları, peşələri əhatə edir və daha da genişləndirir. Burada əsas proseslərin avtomatlaşması və maşınların artıq insiyativi ələ alması və bunun kimi digər peşə sahələrinin fəaliyyət növlərində süni intellekt artıq insanın təhlükəli iş mühitində olan peşələri demək olar ki, ələ alıb. Bir çox yeraltı mədənlərin, fabriklərin bir çoxunda insan faktoru azalıb. Süni intellektə proseslərin avtomatlaşdırılmasında, həm də proseslərin yaxşılaşdırmasında iştirak etməkdədir. Günlük ofis işlərində isə biz görürük ki, platformalar artıq süni intellektlə inteqrasiya olunmuş formada işlədilir. Gördüyümüz kimi sosial şəbəkələrdəki hər gün elan olunur ki, artıq yeni bir süni intellekt həlli əlavə olunubdur. Həmçinin də süni intellekt artıq digər sahələrdə də özünü göstərməkdədir. Bir çox platforma artıq öz iş prosesində süni intellekt vasitələrindən və həllərindən istifadə edir”. Dominos pizza

Bəs günlük həyatımızda hansı peşələr risk altında ola bilər?

E. Abbasov əlavə olaraq bildirib ki, “qanunla tənzimlənmiş peşə sahələrində, misal üçün: eyçar, kargüzarlıq və sənəd dövriyyəsi proseslərində artıq süni intellekt həlləri daha sürətli inkişaf edəcək. Digər yaradıcı sahələr və ya texniki sahələr isə növbəti mərhələdə süni intellektə keçirilə bilər. Yəni ki, hal-hazırdakı ritun işlər heç bir insan insiyativinə söykənməyən və tamamilə qanunla tənzimlənən prosesləri süni intellektə keçirmək daha rahatdır. Amma isiyativ alınan və ya kreativ hesab olunan sahələr isə artıq süni intellekt sahələrində də artıq sirayət edib. Misal üçün: süni intellekt, şəkil çəkir, mahnı oxuyur, şeir yazır, fizika sahəsində, astronomiya sahəsində, aqrar sahədə və tibb sahəsində də bir çox yeni ixtiraları ortaya çıxaracaq tədqiqatlarda artıq istifadə olunur.

Yəni daha qəliz, daha böyük məlumatları emal edib onları mənalandırmada süni intellekt həlləri istifadə olunur. Bu o deməkdir ki, artıq bir çox peşəni süni intellektdə vermək olar. Hətta inkişaf etmiş ölkələrdə hansı peşələri süni intellektə verilsin, hansı peşələr süni intellekti verilməsin deyə etik mənada artıq müzakirələr aparırlar. Nəticə etibarilə süni intellekt artıq bütün sahələrdə və bütün peşələrdə müəyyən qədər öz payına tutub və bu yer genişlənərək davam edəcək. Bunun müsbət tərəfləri odur ki, insan fiziki əməkdən ritun işlərdən, təhlükəli olan iş sahələrindən çəkilib, insana məxsus təfəkkür sahələrində, ixtira, yaradıcılıq sahələrində öz fəaliyyətlərini davam etdirə biləcəklər. Yeni sahələr ortaya çıxacaq”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!