Sürücülərin nəzərinə: Bu yol bağlanır

saytların hazırlanması

Evə çatdırılma

Sürücülərin nəzərinə: Bu yol bağlanır

Sosial

19 Avqust 2023 15:55 809


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 avqust saat 22:00-dan 20 avqust saat 06:00-dək və 20 avqust saat 22:00-dan 21 avqust saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, işlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. pizza sifarişi

Agentlik sürücülərə iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələrini tövsiyə edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!