26 May - 12:42
Tağıyevin təsbehini sındıranları hansı cəza gözləyir?

Tağıyevin təsbehini sındıranları hansı cəza gözləyir?

Kriminal

19 Yan 2022 12:11


Xəbər verdiyimiz kimi, Hacı Zeynalabidin Tağıyevin heykəlinin təsbehini sındıran şəxslər müəyyən olunub və faktla bağlı Səbail RPİ İstintaq şöbəsində cinayət işi açılıb. Hadisəni törədən Vüqar Tağızadə və Allahverdi Məmmədli Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham olunur.

Bəs bu maddələrlə onları hansı cəza gözləyir?

Yenisabah.az xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin 1-ci bəndinə görə, “yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmin maddənin 2-ci bəndinə görə, “eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə” iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Gənclərin ittiham olunduğu CM-nın 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddəsinə görə isə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Youtube kanalımız


Digər xəbərlər